“Qarabağ”a qarşı pis oynamayacağıq" - "Vorskla"nın hücumçusu

7 Oktyabr 2018 19:50 Avropa Liqası 531
“Qarabağ”a qarşı pis oynamayacağıq" - "Vorskla"nın hücumçusu

“Düşünürəm ki, “Qarabağ”a qarşı pis oynamayacağıq.

Biz onlardan xallar ala biləcəyimizi ümid edirik”.

Sportinfo.az xəbər verir ki, bunu “Vorskla”nın hücumçusu Vladislav Kulaç Sportinq”inə 2:1 hesabı ilə məğlub olduqları Avropa Liqasının qrup mərhələsinin II tur matçından sonra deyib.

25 yaşlı ukraynalı forvard “Sportinq”lə oyun barədə isə bunları bildirib: “Açığı, indi özümüzü çox pis hiss edirik.

Erkən qol vurmaq bizə üstünlük gətirdi. İkinci hissədə hesabı qorumaq istəyirdik. Düşünürəm ki, üzərimizdə həyəcan var idi.

“Sportinq” hesabı bərabərləşdirdikdən sonra 1 xal qazanacağımızı düşünürdük, amma son dəqiqədə daha bir qol buraxıb məğlub olduq.”

Oktybarın 25-də “Qarabağ” və “Vorskla” arasında baş tutacaq matç saat 20:55-ə start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti