“Qarabağ"la qarşılaşma Özil üçün sanki ev oyunu idi” - ADA KİV-İ

7 Oktyabr 2018 18:58 Avropa Liqası 635
“Qarabağ"la qarşılaşma Özil üçün sanki ev oyunu idi” - ADA KİV-İ

Avropa Liqasında qrup mərhələsinin 2-ci turunda “Qarabağ”la matçda azarkeşlərin “Arsenal”ın futbolçusu Məsut Özilə isti münasibəti İngiltərə mətbuatının diqqətindən yayınmayıb.

Sportinfo.az xəbər verir ki, britaniyalı həmkarlarımız türk əsilli almaniyalı futbolçunun sanki doğma meydanda oynadığını qeyd edib:

"Qarabağ" azarkeşləri komanda hesabda geridə olsa da, türk əsilli oyunçu meydana daxil olarkən onu böyük sevinclə qarşıladılar.

Azarkeşlər top hər dəfə Mesutun ayağına gələndə ona qarşı olan sevgilərini göstərirdilər. Qarşılaşma Özil üçün səfər oyununun daha çox ev oyunu kimi keçdi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti