Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Arsenal” qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri yerinə yetirib.
Agentlikdən Sportinfo.az-a bildirilib ki, prosesə 260 sərnişin avtobusu cəlb edilib.
Oktyabrın 4-də keçirilən oyun günü Bakı Olimpiya Stadionundan müəyyən olunmuş istiqamətlərdə (metronun “Qara Qarayev”, “28 May” stansiyalarına) fəaliyyət göstərən ekspres xətt avtobusları ilə ümumilikdə 18265 sərnişin daşınıb.

