Aparıcı “Qarabağ”ı məsxərəyə qoydu, azarkeşlər isə onu... – VİDEO

7 Oktyabr 2018 13:59 Avropa Liqası 776
Aparıcı “Qarabağ”ı məsxərəyə qoydu, azarkeşlər isə onu... – VİDEO

İranın 3-cü televiziya kanalının aparıcısı Əhmədi “Qarabağ”ı aşağılayıb.

Sportinfo.az xəbər verir ki, aparıcı veriliş zamanı “Qarabağ”ın “Arsenal” ilə qarşılaşması məlumatını verdikdən sonra gülməyə başlayıb.

Aparıcının bu hərəkəti güneyli soydaşlarımızı hiddətləndirib. Qarşılaşmanı izləməyə gələn İran millisində oynayan soydaşımız arenada çəkiliş edərək aparıcının hərəkətinə öz münasibətini göstərib:

“İndi Bakıda “Qarabağ”la “Arsenal”ın oyunudu. Uduzaq, ya udaq - heç fərq eləməz. O aparıcı ki televiziyada məsxərə edir, burada olsaydı, utanardı.

Bu azarkeşləri ki görürsüz, “Qarabağ”ın azarkeşləridi. Arzum odur ki, müvəffəq olaq. Yaşasın “Traktor”umuz, yaşasın “Maşınsazı”mız, yaşasın “Qarabağ”ımız, yaşasın Azərbaycan!

Uduzmaq-udmaq bizim üçün mühüm deyil, mühüm olan birliyimizdir. O aparıcı isə bir az utansa, düşünürəm ki, yaxşı olar”.

Güneyli soydaşlarımız isə “Qarabağ” – “Arsenal” qarşılaşmasını izləməyə gələrək komandamıza öz dəstəklərini göstəriblər.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!