“Bakıda polis telefonu əlimdən alıb, şəkli sildi” - İngilis jurnalist

6 Oktyabr 2018 20:24 Avropa Liqası 683
“Bakıda polis telefonu əlimdən alıb, şəkli sildi” - İngilis jurnalist

“Evening Standard”ın ingilis jurnalisti Ceyms Olley Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ” – “Arsenal” oyununu işıqlandırmaq üçün Bakıya gəlib.

Sportinfo.az xəbər verir ki, matçdan sonra Olley Bakı metrosunda əhalinin sıx olduğu zaman şəkil çəkib və öz hesabında paylaşmaq istəyib.

Jurnalist bildirib ki, polis onun əlindən telefonunu alaraq fotonu silib. Məsələ ilə bağlı “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq.

O, “qafqazinfo”ya açıqlamasında bildirib ki, bu tamamilə qaydalara uyğundur. Metroda foto çəkib paylaşmağa icazə yoxdu:

“Polis qanunla hərəkət edib. Əgər metrodan kimsə foto paylaşmaq istəsə, hüquq-mühafizə orqanları onun qarşısını ala bilər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti