“Qarabağ”la oyunda bəxtimiz gətirdi, xeyli qol şansını qaçırdılar”

6 Oktyabr 2018 19:48 Avropa Liqası 581
“Qarabağ”la oyunda bəxtimiz gətirdi, xeyli qol şansını qaçırdılar”

"Çox çətin oyun oldu, "Qarabağ" yaxşı oynadı.

Onların qol şansları çox olsa da, yararlana bilmədilər.

Qələbə qazandığımız üçün xoşbəxtik. Çox çalışmalı və oyunumuzu inkişaf etdirməliyik".

Sportinfo.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsinin II turunda səfərdə “Qarabağ”a 3:0 hesabı ilə qalib gələn “Arsenal”ın müdafiəçisi Sokratis Papastatopulos klubun rəsmi saytına açıqlamasında deyib.

Oyunda ilk qolu vuran yunan müdafiəçi "Arsenal"da qol hesabını açıb. O, buna görə Naço Monreala təşəkkür edib: "Bu qola görə Naçoya minnətdarlığımı bildirirəm. Qol hesabımı açdığım üçün çox şadam"

30 yaşlı futbolçu qol buraxmadıqları üçün şad olduğunu deyib: "Qol buraxmadığımız üçün şadam.

Həm “Qarabağ”la, həm də son matçlardakı qələbələrə görə çox sevinirəm. Yaxşı müdafiə olunduğumuz görüşlər olub. Ancaq yenə də inkişaf etməliyik.

Çünki “Qarabağ” xeyli qol şansını qaçırdı. Həmin epizodlarda bəxtimiz gətirdi və bunu çox gözəl başa düşürük. Oyunumuzun getdikcə müsbətə doğru dəyişdiyini söyləmək olar".

Sokratis üçlü müdafiə sistemində oynamaları barədə bunları deyib: "Bu, mənim üçün yaxşı oldu. Tomas Tuhelin rəhbərliyi altında “Borussiya”da da bu çox oynamışam.

Məncə, uğurlu sistemdi. Təbii ki, baş məşqçi daha yaxşı bilər. O, bəzi taktiki gedişləri sınayır. Hər şey komandanın xeyri üçündü. Məncə, doğru yoldayıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti