Ildə bir dəfə istənilən rəqibi udmaq olar.
Amma "Arsenal" kimi komandalardan rahat xal almaq üçün Ingiltərədəki kimi sənin təhsilində də rüşvət olmamalıdı, sənin müğənin Mətanət ƏsƏdova kimi yox, Stinq kimi düşünməlidi.
Yazarının növbəti hədəfi "Zolotoy Kolço"dan "Banketnaya"ya keçid yox, Nobel olmalıdı, valideyinlər 6 oktyabrda 50 manat axtarmaq əvəzinə uşağını muzeyə aparmalıdı.
Yekə qarın kişilər qara rəngli adam (zənci) görəndə şaqqanaq çəkib gülməyini tərgitməsə, Mahir Mədətov kimi 21 yaşlı futbolçu "instagram"da azarkeşlə qırğına çıxmağa tövbə eləməsə, müəllimlər seçki günü müsəlləh əsgər olmağa "yox" deməyənə qədər "Arsenal" kimi klublardan xal almaq, hər zaman sensasiya olacaq.
Elnur Məmmədli

