"Qələbə üçün qol vurmalısan, bizdə isə bu çatmadı"

6 Oktyabr 2018 10:48 Avropa Liqası 508
"Qələbə üçün qol vurmalısan, bizdə isə bu çatmadı"

"Bu oyun bizim üçün yaxşı təcrübə oldu, "Arsenal" çox güclüdü.

Düşünürəm ki, biz də yaxşı oyun göstərdik, qol epizodları yaratdıq və kompakt oynadıq".

Sportimfo.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Ansi Aqolli Bakıda İngiltərə "Arsenal"ına 0:3 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin II tur matçından sonra deyib.

Albaniyalı müdafiəçinin sözlərinə görə, 0:3 hesabı ilə uduzduqları ev oyununu şərh edərkən komandasına yalnız qol çatışmadığını bildirib:

"Bu, çox sadədi. Qələbə üçün qol vurmalısan. Bizdə isə bu çatmadı"

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM