Yunan klubunun azərbaycanlı futbolçusu "qan edir" - FOTO

24 Fevral 2017 20:24 Avropa Liqası 1 137
Yunan klubunun azərbaycanlı futbolçusu "qan edir" - FOTO

Avroliqada həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəlib. Sportinfo.az-ın məlumatına görə, “Olimpiakos”un hücumçusu Kərim Ansarifərd 1/16 final mərhələsinin ən yaxşısı seçilib.

O, UEFA-nın saytında keçirilən sorğunun nəticəsinə əsasən, azarkeşlərin ən çox etimadını qazanan futbolçu olub. Səfərdə “Osmanlıspor”la qarşılaşan pireylilərin 3:0 hesablı qələbəsində mühüm rol oynayan Ansarifərd iki qola imza atıb.

İran millisinin Azərbaycan əsilli hücumçusu Ərdəbil şəhərində anadan olub. Təbrizin “Traktorsazi” klubundakı çıxışı ilə tanınan Kərim daha sonra İspaniyada “Osasuna” və Yunanıstanda “Panionis”in formalarını geyinib. O, 2017-ci ildə keçdiyi “Olimpiakos”un heyətində 3 oyunda 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?
13 Oktyabr 16:30 Çək və bizə göndər!
13 Oktyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
13 Oktyabr 08:30 Bu da o 5 qol - VİDEO
13 Oktyabr 07:40 Əliyev meydana çıxmadı
13 Oktyabr 04:50 Bakıda "Omar" kuboku
13 Oktyabr 04:10 Mənsimov da qol vurdu