“Qarabağ”s udub, düşdüyümüz vəziyyətdən çıxacağıq”

5 Oktyabr 2018 16:24 Avropa Liqası 528
“Qarabağ”s udub, düşdüyümüz vəziyyətdən çıxacağıq”

“Qarabağ” ilə oyuna pozitiv yanaşırıq, onlar asan məğlub ediləcək rəqib deyil.

“Qarabağ” böyük komandadı, ancaq biz də oyuna hazır olub mübarizə aparacağıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Vorskla”nın baş məşqçisi Vasili Saçko Avropa Liqasının qrup mərhələsinin II turunda “Sportinq”ə evdə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

43 yaşlı mütəxəssis “Qarabağ” ilə keçirəcəkləri növbəti oyuna qədər zədəli futbolçuların geri dönməsinin onlar üçün yaxşı olacağını bildirib:

“Zədəli futbolçularımızın bərpa olunmalarını gözləyəcəyik. Aleksandr Kobaxidze, Denis Vasin, Aleksandr Çijovun zədəli olması bizim üçün böyük itkidir. “Qarabağ”la oyunda qələbə qazanmaq istəyirik. Fikrimcə, düşdüyümüz vəziyyətdən çıxacağıq”.

"Qarabağ" və "Vorskla" arasındakı ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, təkrar qarşılaşma isə noyabrın 8-də Poltavada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti