Avropa Liqasında qrup mərhələsinin II tur qarşılaşmalarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.
Sportinfo.az xəbər verir ki, Azərbaycan siyahıda bir pillə geriləyərək, 18,500 xalla 27-ci mövqeyə enib.
Əvəzində eyni xala malik Qazaxıstan 26-cı pilləyə yüksəlib. Dəyişikliyə "Qarabağ"ın İngiltərə "Arsenal"ına 0:3 hesablı məğlubiyyəti və "Astana"nın Fransa "Renn"ini 2:0 hesabı ilə yenməsi səbəb olub.
Siyahıya 89,712 xalla İspaniya başçılıq edir. İngiltərə 67,748 xalla ikinci, İtaliya 67,725 xalla üçüncü pillədə qərarlaşıb. Türkiyə isə 32,200 xalla 10-cudu.

