Ötənilki "Qarabağ"ı xatırladan yeganə məqam yeni komandanın Zubiri oldu.
Abdulla Zubir gecənin oyunçusu idi.
Hücumçu yoxdu, Emeqara hücumçunun heç «h»sı deyil. Ən yaxşı halda iki hücumçu taktikasında oyuna sonradan daxil olub yorulmuş müdafiəni incidə bilər.
Qol ümidi deyil, olmayacaq da. Qapıçı transferində də "Qarabağ" itirib. Haldorson Messinin penaltisində qaldı...
Vaqner də lazım olan deyil. Veteran Aqolli o qədər praktikasız olmasına baxmayaraq məncə daha yaxşı idi. Mahir isə yenə qəhrəman olmaq istəmədi.
İlk hissədəki "Qarabağ", azarkeşlər, hər şey əla! İkinci hissə buraxılan qollar, mübarizə əzmi qırılan "Qarabağ" və 75-ci dəqiqəni görmədən stadiondan qaçan "azarkeşlər".
Düzəlməmişik, çətin ki düzələk!
Ramiz Mirzəzadə

