Tap, 2000 manatı qoy cibinə!

5 Oktyabr 2018 14:00 Avropa Liqası 528
Tap, 2000 manatı qoy cibinə!

Bakı ilk dəfə qitənin ən mötəbər yarışlarından biri – UEFA Avropa liqasının final oyununa ev sahibliyi edəcək.

Sportinfo.az xəbər verir ki, 56 klubun iştirak etdiyi nüfuzlu turnirin həlledici görüşündə gərgin mübarizədən qalib ayrılacaq yalnız 2 komanda Bakı olimpiya stadionunda üz-üzə gələcək.

Bu mötəbər yarışma ilə əlaqədar yaradılmış www.finalbaku2019.com saytında xüsusi layihəyə start verilib.

Belə ki, Avropa liqasının 2018/2019 mövsümü ərzində keçiriləcək oyunların düzgün tapılan nəticələrinin xal sistemiylə keçirildiyi yarışmada 1000-dən çox iştirakçı qeydiyyatdan keçib.

Yarışmanın əsas mükafat fondu 2000 AZN-dir. Bundan əlavə, ümumi xal hesabında ilk yeri tutan hər ayın qalibinə isə “ay-ulduzlular”ımızın futbol geyimi və ya Avropa liqasının rəsmi topu hədiyyə edilir.

Yerli Əməliyyat Komitəsinin ofisində ilk ayın qalibi mükafatlandırılıb. 27 xalla hər kəsi qabaqlamağı bacaran Anar İsgəndərliyə millinin futbol geyimi hədiyyə edilib.

Əgər siz də yarışda iştirak etmək istəyirsinizsə, www.finalbaku2019.com saytında “Hesabı tap” bölməsinə daxil olmaq, qeydiyyatdan keçmək və təxminlərinizi qeyd etmək kifayətdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti