Bu adam bilirsiz, neylədi?

5 Oktyabr 2018 12:36 Avropa Liqası 743
Bu adam bilirsiz, neylədi?

Şəkildəki adam bilirsiz, neylədi?

Avropa Liqasının ardıcıl üçqat qalibi olmuş məşqçini fasilədə taktiki sxemi dəyişməyə məcbur elədi.

Şəkildəki adam bilirsiz kimdi?

Ucqar kəndlərin birində dünyaya göz açan, 16 yaşa kimi şəhər görməyən, zəhmətiylə bu yerlərə gəlib çatan azərbaycanlı balası.

ilk abzasda yazdığım populism-zad deyil a... Şübhəsi olan istənilən şəxslə görüşüb, videoyazıya baxaraq əyani göstərə bilərəm.

- Ən arzuolunmaz başlanğıc - erkən qol buraxmaq. Komanda "sınmadı".

- Təxminən yarımsaat 3-cü zona pressinqi. "Qarabağ"ın fiziki hazırlığı yaxşı mənada təəccübləndirdi.

- Almeydasız "Qarabağ"ın ən parlaq futboluydu ilk hissə.

- Almeydanın gedişi Qaranı "ağardıb". Bizim Qara sanki Vladislav Qədirovun "Arsenal"ına qarşı oynayırdı. Dağıdıcılıq üzrə ixtisaslaşan Qarayev yaradıcılığı da bacarırmış.

- Top-kluba qarşı xeyli qol vəziyyəti yaratdıq. Təəssüf, vura bilmədik.

- 3 qolun birini standart vəziyyətdən, ikisini böyük qüvvəylə hücumda olarkən müdafiədə azlıqda yaxalanıb buraxdıq.

- Bu matç gələcəyə böyük ümid verdi.

- Qurban Qurbanova yağlı 5 düşür! Komandanı oyuna yaxşı hazırlaşdırmışdı.

Ceyhun Rzayev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti