"Qarabağ" yaxşı oyun sərgilədi, lakin hücumları məntiqi sonluğa çatdıra bilmədik.
Onu da nəzərə almaq lazımdı ki, rəqib "Arsenal" idi".
Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"ın "Arsenal"a 0:3 hesabı ilə uduzduğu görüş barədə danışarkən deyib.
O, bildirib ki, Azərbaycan təmsilçisi ilk 2 turda uduzsa da, komandadan qarşıdakı oyunlarda müsbət nəticələr gözləyir.
Milli assosiasiyanın rəhbəri bu mövsüm Avroliqanın final görüşünün keçiriləcəyi Bakı Olimpiya Stadionundakı (BOS) vəziyyəti yüksək qiymətləndirib. Onun fikrincə, hazırda BOS dünyanın ən yaxşı stadionlarındandı.

