"Böyümək üçün bəzən belə böyükhesablı məğlubiyyətlər lazım olur"

5 Oktyabr 2018 00:20 Avropa Liqası 562
"Böyümək üçün bəzən belə böyükhesablı məğlubiyyətlər lazım olur"

"Bəli, məğlub olduq, dünəndən bu oyun barədə futbolçularla çox danışırdıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının qrup mərhələsində “Arsenal”ı qəbul edən Azərbaycan çempionu 0:3 hesablı məğlubiyyətlə üzləşib. Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun şərhi belə olub:

- İstəyimiz rəqibdən çəkinmədən yaxşı oyun göstərmək idi. Bunu bacardıq. Amma qol epizodlarına görə, rəqib ustalıq cəhətdən bizi üstələdi. Azarkeşlər möhtəşəm idilər. Böyümək üçün bəzən belə böyük hesablı məğlubiyyətlər lazım olur. Qalib gəlmək üçün də yaratmağı bacarmalısan. Bu gün ustalıq çatmadı ki, qol epizodlarından yararlana bilək. Hər birimiz üçün maraqlı oyun və böyük təcrübə oldu.

İlk dəfə “Qarabağ”ı bu qədər pressinq edən gördük. Bu, əvvəlcədən düşünülmüş addım idi?

- Bəli, düşünülmüş addım idi. Emerinin nə zaman üçlü müdafiə ilə oynatdığı yadıma gəlmir. Fərqli formada hazırlaşmışdıq. Amma fasilədə taktiki baxımdan müxtəlif dəyişikliklər etdik, rəqibi öz cərimə meydanında qarşıladıq. Gözlənilməz olsa da, tanış sistem idi. Futbolçular bunu düzgün yerinə yetirdilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti