Səviyyə fərqi "Qarabağ”ı “Arsenal”a uduzdurdu

4 Oktyabr 2018 22:47 Avropa Liqası 1 382
Səviyyə fərqi "Qarabağ”ı “Arsenal”a uduzdurdu

Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxıb.

Ağdam klubu doğma meydanda İngiltərə nəhəngi “Arsenal”ı qəbul edib. “Qarabağ” ilk turda səfərdə Portuqaliyanın “Sportinq” klubuna 0:2 hesabıyla uduzmuşdu.

“Arsenal” isə doğma meydanda Ukrayna “Vorskla”ya 4:2 hesabıyla qalib gəlmişdi. Ağdam təmsilçisi güclü rəqiblə qarşılaşmada sürpriz edə bilməyib. Komandamız bu matçda 3 cavabsız qolla uduzub.

E qrupu

"Qarabağ" - "Arsenal" 0:3

Qol: S.Papastatopulos, 4. E.S.Rou, 53. M.Genduzi, 80.
Hakimlər: Davide Massa, Filippo Meli, Alessandro Kostanso, Daniele Doveri, Mixael Fabbri, Fabiano Preti.
Bakı Olimpiya Stadionu.

Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 7. İnnosent Emeqara, 8. Miçel, 11. Mahir Mədətov, 17. Abdulla Zubir, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 9. Araz Abdullayev, 28. Con Delarj, 30. Abbas Hüseynov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Arsenal: 19. Bernd Leno, 4. Məhəmməd Elneni, 5. Sokratis Papastatopulos, 12. Stefan Lixtştayner, 16. Rob Holdinq, 17. Aleks İvobi, 18. Naço Monreal (k), 23. Denni Uelbek, 29. Matteo Genduzi, 31. Sead Kolaşinats, 55. Emil Smit-Rou.
Ehtiyat oyunçular: 26. Emiliano Martines, 2. Ektor Belyerin, 9. Aleksandr Lakazett, 10. Məsut Özil, 11. Lukas Torreyra, 20. Şkodran Mustafi, 34. Qranit Caka.
Baş məşqçi: Unai Emeri.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti