Azərbaycanın ən bahalı klubu - 12,35 milyon avro qiyməti var

4 Oktyabr 2018 17:12 Avropa Liqası 876
Azərbaycanın ən bahalı klubu - 12,35 milyon avro qiyməti var

Bu gün "Qarabağ" Avropa Liqasının qrup mərhələsində ikinci oyununu keçirəcək və doğma meydanda "Arsenal" ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, məşhur "Transfermarkt" saytı London klubunun heyətinə ümumilikdə 554 milyon avro qiymət qoyub.

"Arsenal" bu göstərici ilə İngiltərə Premyer Liqasında "Mançester Siti", "Liverpul", "Mançester Yunayted", "Çelsi" və "Tottenhem"dən sonra ən bahalı 6 klub hesab olunur.

"Qarabağ"ın heyətinə isə ümumilikdə 12,35 milyon avro qiymət qoyulub və ağdamlılar Azərbaycanın ən bahalı klubudu. "Qarabağ"la "Arsenal"ın heyətlərinə qoyulan qiymətlər arasında 541,65 milyon avro fərq var.

"Arsenal"ın ən bahalı futbolçusu Pyer-Emerik Aubameyanqdı. London klubunun yanvarda "Borrusiya"dan 63,75 milyon avroya aldığı futbolçuya 75 milyon avro qiymət qoyulub.

"Qarabağ"ın ən bahalısı isə Simeon Slavçevdi. Onun transfer dəyəri 1,1 milyon avrodu. Bolqarıstan millisinin üzvü zədə səbəbindən "Arsenal"a qarşı oynamayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti