"Qarabağ” stadiona 3 saat öncədən gəlmələrini xahiş etdi

4 Oktyabr 2018 15:48 Avropa Liqası 487
"Qarabağ” stadiona 3 saat öncədən gəlmələrini xahiş etdi

"Qarabağ" azarkeşlərinə müraciət edib.

Müraciətdə deyilir ki, bu gün Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Qarabağ" - "Arsenal" oyununun keçiriləcəyi Bakı Olimpiya Stadionunun qapıları oyunun başlamasından 3 saat öncə - saat 17:55-də açılacaq.

Sportinfo.az xəbər verir ki, azarkeşlərdən tribunada yerlərini asanlıqla tapması və oyunun başlamasına yaxın yaranacaq anşlaqın qarşısını almaq üçün stadiona 3 saat öncədən gəlməsi xahiş olunur.

Bakı Metropoliteni ğu oyun ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, zərurət yaranacağı təqdirdə xəttə ehtiyat qatar veriləcək: "Sərnişinlərin metronun "Koroğlu" stansiyasının xidmətindən tam təhlükəsiz və rahat istifadə etməsi təmin olunacaq".

Qurum rəsmisi qeyd edib ki, metropolitendə həmin stadionda keçirilən tədbirlərlə bağlı təsdiq olunmuş əməliyyat planı var:

"Bu plana uyğun olaraq, "Koroğlu" stansiyası oyuna 2 saat qalmışdan futbol matçı başa çatması ilə əsas tamaşaçı kütləsinin axını tam tənzimlənənə qədər gücləndirilmiş rejimində işləyəcək".

Məmmədovun sözlərinə görə, oyunla əlaqədar canlı qüvvə və texniki vasitələr də ayrılacaq: "Texniki vasitələr dedikdə, ən əsas texniki məsələ ehtiyat qatarların nəzərdə tutulmasıdı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti