"Qarabağ"ın uğursuzluğunu istəyənlər

4 Oktyabr 2018 15:36 Avropa Liqası 642
"Qarabağ"ın uğursuzluğunu istəyənlər

Ölkə klublarımızın illər əvvəl avrokuboklardakı çıxışları 1 və ya 2-ci təsnifat mərhələsində başa çatırdı.

Artıq son illər qrup mərhələlərində çıxış etməyə bir növ abunə olmuşuq.

Hətta "Qarabağ"ın sayəsində, xəyal görünən Çempionlar Liqasının qrupunda belə iştirak etmişik. Bunun sayəsində "İnter", "Atletiko", "Çelsi", "Borussiya" və.s adlı-sanlı klublar Bakıya gəlməyə vadar olunublar.

Belə klubların ölkəmizə gəlməsinə ən çox sevinənlər isə, yəqin ki, adı çəkilən klubların ölkəmizdəki fanatlarıdı.

Onlar da qalır iki yol ayrıcında - Ölkəsinin təmsilçisi, yoxsa illərdi könül bağladığı sevimli komandası?

Oktyabrın 4-ü daha bir adlı-sanlı İngiltərə nəhəngi "Arsenal", "Qarabağ"ın sayəsində Avropa Liqasının E qrupundakı oyunu çərçivəsində ölkəmizdə qonaq olacaq.

Təəssüf ki, sevimli klublarını Bakıya gətirən "Qarabağ"ın uğursuzluğunu istəyən və qonaq sektorda əyləşəcək kifayət qədər "Arsenal"lı olacaq ...

Xanoğlan İmanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti