Özil Bakıdan FOTO paylaşdı - Yarım milyon “like” gəldi

4 Oktyabr 2018 14:00 Avropa Liqası 754
Özil Bakıdan FOTO paylaşdı - Yarım milyon “like” gəldi

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin II turunda "Arsenal"ı qəbul edəcək.

Sportinfo.az xəbər verir ki, Almaniya yığmasının futbolçusu Məsut Özil oyundan əvvəl Azərbaycanı salamlayıb.

Özil azərbaycanlı azarkeşlərlə şəkil çəkdirməkdə maraqlı olmasa da, “Instagram” profilində maraqlı paylaşım edib.

Oyun bu gün saat 20:55-də Bakı Olimpiya Stadionunda baş tutacaq. O, azərbaycanca “Axşamınız xeyir, Bakı, Azərbaycan” yazıb.

Daha sonra ingilis dilində “Bakıdan salamlar. Bizim Avropa macəramız davam edir. Sabah “Qarabağ”la burada oynayacağıq”, - deyə qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti