BU GÜN - Avroliqanın qrup mərhələsində II tur keçiriləcək

4 Oktyabr 2018 13:48 Avropa Liqası 431
BU GÜN - Avroliqanın qrup mərhələsində II tur keçiriləcək

Bu gün Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, "Qarabağ" Bakı Olimpiya Stadionunda "Arsenal"ı qəbul edəcək.

Ağdam təmsilçisinin qrup mərhələsindəki rəqibi Ukrayna "Vosrkla"sı evdə Portuqaliya "Sportinq"i ilə üz-üzə gələcək.

Poltava təmsilçisi ilk turda səfərdə "Arsenal"a 2:4 hesabı ilə məğlub olub. "Sportinq" isə evdə "Qarabağ"ı 2:0 hesabı ilə üstələyib.

Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan "Astana"sı II turda Fransa "Renn"i ilə qarşılaşaq. Komanda ilk turda Ukrayna "Dinamo"su (Kiyev) ilə heç-heçə edib - 2:2.

Türkiyənin Avropa Liqasındakı təmsilçilərindən "Beşiktaş" səfərdə İsveçrənin "Malmö" kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək.

"Fənərbağça" isə Slovakiya "Spartak"ını (Trnava) qəbul edəcək. Ötən mövsüm Türkiyə Kubokunun qalibi olan "Akhisarspor" Belçika "Standard"nın qonağı olacaq.

A qrupu

20:55. "Bayer" (Leverkuzen, Almaniya) - AEK (Larnaka, Kipr)

20:55. "Sürix" (İsveçrə) - "Lüdoqorets" (Bolqarıstan)

B qrupu

20:55. "Rusenborq" (Norveç) - "Leyptsiq" (Almaniya)

20:55. "Zaltsburq" (Avstriya) - "Seltik" (Şotlandiya)

C qrupu

20:55. "Bordo" (Fransa) - "Kopenhagen" (Danimarka)

20:55. "Zenit" (Rusiya) - "Slaviya" (Praqa, Çexiya)

D qrupu

20:55. "Anderlext" (Belçika) - "Dinamo" (Zaqreb, Xorvatiya)

20:55. "Fənərbağça" (Türkiyə) - "Spartak" (Trnava, Slovakiya)

E qrupu

20:55. "Qarabağ" (Azərbaycan) - "Arsenal" (İngiltərə)

20:55. "Vorskla" (Poltava, Ukrayna) - "Sportinq" (Lissabon, Portuqaliya)

F qrupu

20:55. "Milan" (İtaliya) - "Olimpiakos" (Yunanıstan)

20:55. "Betis" (İspaniya) - "Düdelanj" (Lüksemburq)

G qrupu

23:00. "Reyncers" (Şotlandiya) - "Rapid" (Vyana, Avstriya)

23:00. "Spartak" (Moskva, Rusiya) - "Vilyarreal" (İspaniya)

H qrupu

23:00. "Apollon" (Kipr)- "Marsel" (Fransa)

23:00. "Ayntraxt" (Almaniya) - "Latsio" (İtaliya)

I qrupu

23:00. "Malmö" (İsveç) - "Beşiktaş" (Türkiyə)

23:00. "Sarpsporq" (Norveç) - "Genk" (Belçika)

J qrupu

23:00. "Krasnodar" (Rusiya) - "Sevilya" (İspaniya)

23:00. "Standard" (Lyej, Belçika) - "Akhisarspor" (Türkiyə)

K qrupu

23:00. "Astana" (Qazaxıstan) - "Renn" (Fransa)

23:00. "Yablonets" (Çexiya) - "Dinamo" (Kiyev, Ukrayna)

L qrupu

23:00. BATE (Belarus) - PAOK (Yunanıstan)

23:00. Çelsi" (İngiltərə) - "Videoton" (Macarıstan)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti