"Oyundan əvvəl Bakıda məşq etməyimizin böyük xeyri olar.
Çünki bu meydançada oynayacağıq, bu, matça hazırlıq baxımından əhəmiyyətlidi".
Sportinfo.az xəbər verir ki, bunu “Arsenal”ın futbolçusu Aleks İvobi Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”la səfər oyunundan öncə deyib.
22 yaşlı nigeriyalı hücumçu bildirib ki, onlar üçün bütün turnirlər əhəmiyyətlidi: “Hər bir turnirin öz yeri var. Bu mövsüm mənə azadlıq verilib. Bu da bitiricilik keyfiyyətlərimi ortaya qoymağa kömək edir”.

