"Qarabağ" - "Arsenal": Satılanların sayı 55 minə çatdı

3 Oktyabr 2018 15:48 Avropa Liqası 1 142
"Qarabağ" - "Arsenal": Satılanların sayı 55 minə çatdı

Avropa Liqasında "Qarabağ” və ”Arsenal” arasında keçiriləcək II tur matçına indiyədək satılan bilet sayı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, artıq satılan biletlərin sayı 55 minə çatıb.

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdı.

Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), iTicket kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət"), "28 Mall" və "Gənclik Mall"dan almaq mümkündür.

Oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti