"Arsenal" Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"la keçirəcəyi oyun üçün Bakıya yola düşüb.
Sportinfo.az xəbər verir ki, London təmsilçisi 5 saatlıq uçuşdan sonra Bakıya çatacaq.
Komandanın baş məşqçisi Unay Emeri 18:00-da Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçirəcək. Saat 18:30-da isə komandanın mətbuat üçün açıq məşqi təşkil olunacaq.
Bakıda "Hilton" otelində məskunlaşacaqlar. Bu, Bakıya gələn “Arsenal”ın 132 illik tarixində ən uzun səfəri (4000 km) olacaq
Oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.











