Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”ın qonağı olacaq “Arsenal”ın Bakı planı bəlli olub.
Sportinfo.az xəbər verir ki, londonlular oktyabrın 3-ü, saat 17:20-də Bakıya gələcək.
"Topçular" həmin gün Bakı Olimpiya Stadionunda son məşqə çıxacaqlar. Qarşılaşmadan dərhal sonra İngiltərə klubu Londona uçacaq.
“Qarabağ” – “Arsenal” oyunu oktyabrın 4-ü, saat 20-55-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

