“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Arsenal”ın futbolçusu Aleks İvobi komandanın hazırkı vəziyyətindən və məqsədlərindən danışıb.
Sportinfo.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi oktyabrın 4-də Bakıda keçirəcəkləri oyunda fərqlənmək istədiyini bildirib.
Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Arsenal” matçı saat 20:55-də başlayacaq. Nigeriyalı deyib: “Özümü hazırda tam formada hiss edirəm. Baş məşqçi Unay Emerinin oyun tərzinə uyğunlaşdığımı düşünürəm.
O, mənə məşqlərdə çox kömək olur. Meydana çıxdığım görüşlərdə şanslar əldə etsəm də, qol vura bilmədim. Baş məşqçi “Qarabağ”la qarşılaşmada mənə şans versə, qol vurmağa çalışacam”.

