“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən biri - “Vorskla”nın azarkeşləri qıcıq yaradacaq hərəkətlə gündəmə gəliblər.
Sportinfo.az xəbər verir ki, “Vorskla”nın bir neçə azarkeşi Ukrayna çempionatında “Desna” ilə keçirilən səfər qarşılaşmasında üzərində Adolf Hitlerin şəkli olan köynək geyiniblər.
Şəklin ətrafında isə belə yazılıb: “Mənim babam avstraliyalı rəssamdı”.
Hitlerə sevgilərini nümayiş etdirən azarkeşlərlə bağlı kadr Ukrayna televiziyasının efirində də göstərilib.
Qarşılaşma “Vorskla”nın qələbəsi ilə başa çatıb - 2:0. “Qarabağ” “Vorskla” ilə ilk oyunu oktyabrın 25-də Bakıda keçirəcək. Cavab qarşılaşması noyabrın 8-də olacaq.


