Avropa Liqasında ölkəmizi təmsil edən "Qarabağ " qrupdakı ikinci matçını "Arsenal"a qarşı keçirəcək.
Sportinfo.az xəbər verir ki, "topçular"la qarşılaşmada Qurban Qurbanov bir-neçə futbolçunun xidmətindən yararlana bilməyəcək.
Komandanın düşərgəsindən ən son məlumatları klubun mətbuat katibi Nurlan ibrahimov REAL TV-yə çatdırıb.
İngiltərə təmsilçisi oyundan 1 gün əvvəl paytaxtımıza gələcək. Elə həmin gün London klubunun baş məşqçisi Unay Emeri mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandıracaq.
Tədbirdən sonra Arsenal futbolçuları oyun öncəsi son məşqə çıxacaqlar. Qurban Qurbanov isə jurnalistlərlə matçdan 1 gün öncə saat 14:00-da görüşəcək.
Komandamızın açıq məşqi axşam saatlarında Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda təşkil olunacaq.
Qarşılaşmanı İtaliyada olan hakimlər briqadası idarə edəcək. Oyun un baş hakimi David Massa olacaq. Yan hakim funksiyasını Filipo Meli və Alessandro Kostantso yerinə yetirəcəklər. Hörüş 4 oktyabr tarixində saat 20:55-də başlayacaq.

