“Arsenal”ın və Ermənistan milliinin futbolçusu Henrix Mxitaryan Avropa Liqasının II turunda “Qarabağ” ilə keçirəcəkləri matç üçün Bakıya gəlməyəcək.
Sportinfo.az xəbər verir ki, bu haqda məlumatı ESPN telekanalının "Arsenal" üzrə müxbiri Mattias Karen şəxsi “Twitter” hesabında yazıb.
O, əldə etdiyi məlumatı belə bölüşüb: “Mənə məlumat veriblər ki, Henrix Mxitaryan Azərbaycana səyahət etməyəcək. Bu, oyunçunun Azərbaycan - Ermənistan münaqişəsi səbəbindən təhlükəsizlik məqsədi ilə verdiyi şəxsi qərarıdı”.
Jurnalist həmçinin 29 yaşlı yarımmüdafiəçinin Avropa Liqasının finalında iştirakının da sual altında olduğunu bildirib:
“Əgər “Arsenal” Avroliqanın finalına vəsiqə qazana bilsə, Mxitaryan həmin görüşdə də iştirak etməyə bilər”.
Oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” ”Arsenal” matçı saat 20:55-də başlayacaq.

