"Mxitaryanın Bakıya səfəri ilə bağlı problemi həll etmək vacibdi"

30 Sentyabr 2018 18:06 Avropa Liqası 519
"Mxitaryanın Bakıya səfəri ilə bağlı problemi həll etmək vacibdi"

Rusiyanın “Matç TV” telekanalının şərhçisi Elvin Kərimov “Arsenal”ın yarımmüdafiəçisi Henrix Mxitaryanın Bakıya səfəri məsələsinə münasibət bildirib.

Sportinfo.az-ın “sport24.ru” saytına istinadən yaydığı xəbərə görə, azərbaycanlı jurnalist erməni futbolçu ilə bağlı vəziyyətin mürəkkəb olduğunu söyləyib:

“Mxitaryanla bağlı vəziyyət bir qədər qəlizdir. Heç bir idmançı belə bir durumla üzləşməməlidir. Avropa Liqasının finalı da Bakıda keçiriləcək, ona görə bu problemi həll etmək vacibdir. İdman insanları birləşdirir, qarşılıqlı ünsiyyətə kömək edir”.

“Arenal”ın Mxitaryanı Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”la oyun üçün Bakıya gətirib-gətirməyəcəyi hələ də bilinmir. Görüş oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək və 20:55-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti