"Qarabağ" - "Arsenal" oyunu üçün biletlərin 50 faizdən çoxu satılıb

30 Sentyabr 2018 10:31 Avropa Liqası 583
"Qarabağ" - "Arsenal" oyunu üçün biletlərin 50 faizdən çoxu satılıb

Avropa Liqasında “Qarabağ” və “Arsenal” arasında keçiriləcək II tur matçına indiyədək satılan bilet sayı açıqlanıb.

Sportinfo.az Ağdam klubunun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, artıq 37 mindən çox bilet sahibini tapıb.

Stadionun tutumunun 68700 nəfərlik olduğunu nəzərə alsaq, bu, biletlərin 50 faizdən çoxunun satılması deməkdi.

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdı.

Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), iTicket kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət"), "28 Mall" və "Gənclik Mall"dan almaq mümkündü.

Oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti