Avropalı ulduz "Qarabağ"ı uduzdurduğuna görə xoşbəxtdi

29 Sentyabr 2018 17:48 Avropa Liqası 579
Avropalı ulduz "Qarabağ"ı uduzdurduğuna görə xoşbəxtdi

"Çətin qələbə oldu. Çünki rəqibimiz yaxşı futbol oynadı".

Sportinfo.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ı 2-0 hesabı ilə məğlub edən "Sportinq"in futbolçusu Luiş Nani deyib.

İlk qolun ötürməsini deyən verən 31 yaşlı ulduz futbolçu bunun üçün xoşəxt olduğunu qeyd edib:

"Komandanın 3 xal qazanmasında kömək olduğum üçün xoşbəxtəm. Biz doğru yoldayıq, belə davam etməliyik".

Nani qrupda "Arsenal"ı favorit sayır: "Şüurumuzda belə formalaşıb ki, "Arsenal" qrupun favoritidir. Bu, həqiqətən də belədir.

Onlar Çempionlar Liqası səviyyəsində olan komandadı. Amma bizim asan təslim olmaq fikrimiz yoxdu.

"Arsenal"la oyunlarda 6 xalı hədəfləyirik. Bu oyunlarda hər şey baş verə bilər. Müasir futbolda favorit anlayışı qalmayıb".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti