"Bakıdakı oyunda iştirak edib-etməmək Mxitaryanın öz işidi"

29 Sentyabr 2018 09:12 Avropa Liqası 485
"Bakıdakı oyunda iştirak edib-etməmək Mxitaryanın öz işidi"

Ermənistan millisinin sabiq qapıçısı və hazırda yığmada qapıçılarla iş üzrə məşqçi kimi çalışan Roman Berezovski “Arsenal”ın yarımmüdafiəçisi Henrix Mxitaryana Bakıya getməyi məsləhət görüblər.

Sportinfo.az “sportnews.am” nəşrinə istinadən xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ” ilə Bakıda keçiriləcək oyunda iştirak etməyin Mxitaryan üçün təhlükəsiz olacağını bildirib.

“Henrix indi iki qərar arasında qalıb. Bakıdakı oyunda iştirak edib-etməmək onun öz işidi. Bu qərar Mxitaryan və UEFA-lıqdı. Mən Bakının Henrix üçün təhlükəsiz olacağını düşünürəm” - deyə Berezovski vurğulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti