Məsut Özil üçün "Qarabağ"la oyunun əhəmiyyəti - 100

28 Sentyabr 2018 18:48 Avropa Liqası 539
Məsut Özil üçün "Qarabağ"la oyunun əhəmiyyəti - 100

Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"la Bakıda keçirəcəyi oyun "Arsenal" üçün iki məqamla əlamətdar olacaq.

Sportinfo.az xəbər verir ki, "Arsenal"ın yarımmüdafiəçisi Mesut Özil Avropa miqyaslı yarışlarda yubiley oyununa çıxacaq.

Türk əsilli futbolçu meydanda olacağı təqdirdə, avrokuboklarda 100-cü matçını keçirəcək. "Arsenal" həmçinin rəsmi qarşılaşmaya görə ən uzun səfərini gerçəkləşdirəcək.

London təmsilçisi Bakıya gəlmək üçün 4000 km məsafə qət edəcək. Oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti