"Qarabağ"ın rəqibi bu ulduzu ilə yollarını ayıracaq

28 Sentyabr 2018 14:24 Avropa Liqası 491
"Qarabağ"ın rəqibi bu ulduzu ilə yollarını ayıracaq

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Arsenal" mövsümün sonunda futbolçusu Aron Remzi ilə yollarını ayıracaq.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi 28 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə bağlamaq istəsə də, daha sonra danışıqlar, müsbət nəticə vermədi üçün dayandırılıb.

Yeni müqavilə imzalanmayacağı təqdirdə, uelsli oyunçu mövsümün sonunda azad agent kimi başqa kluba keçə bilər.

Aron Remzi 2008-ci ildən "Arsenal"da çıxış edir. O, ötən mövsüm "topçular"ın heyətində 24 Premyer Liqa oyununda 7 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti