"Qarabağ"ın "Arsenal"a görə satışı 30 mini keçdi

27 Sentyabr 2018 19:36 Avropa Liqası 619
"Qarabağ"ın "Arsenal"a görə satışı 30 mini keçdi

Avropa Liqasında “Qarabağ” və ”Arsenal” arasında keçiriləcək II tur matçına indiyədək satılan bilet sayı açıqlanıb.

Sportinfo.az Ağdam klubunun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, artıq 30 mindən çox bilet sahibini tapıb.

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdı.

Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), iTicket kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət"), "28 Mall" və "Gənclik Mall"dan almaq mümkündür.

Oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM