Klubun baş meneceri və direktoru vəzifələrindən ayrıldı

26 Sentyabr 2018 19:12 Avropa Liqası 456
Klubun baş meneceri və direktoru vəzifələrindən ayrıldı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Sportinq” in baş meneceri və kommunikasiya direktoru vəzifələrindən ayrılıb.

Sportinfo.az xəbər verir ki, Lissabon təmsilçisinin yeni prezidenti Frederiko Varandaş idarə heyətini formalaşdırmağa başlayıb.

Kluba mayda baş direktor təyin olunmuş Auquştu İnasiu Varandaşla görüşdən sonra postunu tərk etməyə razı olub. O, klubdan heç bir təzminat almayacağını bildirib.

Sentyabrın 8-də yeni prezident seçilən Varandaş kommunikasiya direktoru Nunu Sarayvanın da vəzifəsindən ayrılmasını istəyib. Portuqaliya klubu Sarayva ilə də qarşılıqlı razılıq əsasında yollarını ayırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti