"Arsenal"ı "Qarabağ"la Bakıda keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin II tur matçında ən azı 500 azarkeş dəstəkləyəcək.
Sportinfo.az xəbər verir ki, London təmsilçisi Azərbaycan çempionundan məhz bu qədər yer istəiyib.
Oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçı saat 20:55-də başlayacaq. İndiyədək oyuna 20 mindən çox bilet satılıb.

