Mxitaryan diplomatik pasportdan məhrum edildi - Bakıya yolu bağlandı?

26 Sentyabr 2018 13:24 Avropa Liqası 566
Mxitaryan diplomatik pasportdan məhrum edildi  - Bakıya yolu bağlandı?

"Arsenal"ın futbolçusu və Ermənistan yığmasının kapitanı Henrix Mxitaryan diplomatik pasportdan məhrum edilib.

"Qraparak" qəzetinin yaydığı məlumata görə, 29 yaşlı yarımmüdafiəçiyə qarşı bu addımın səbəbi açıqlanmır.

Diplomatik pasport yüksək vəzifəli şəxslər, deputatlar və Ermənistan baş nazirinin sərəncamı ilə pasport təqdim edilən vətəndaşlarda olur.

Bu sənəd Ermənistan xalqının və dövlətinin "səfir"lərinə, dövlətin nüfuzunu xaricdə yüksəldən şəxslərə verilir.

Mxitaryan da onların sırasında olub. Qəzet Ermənistan Xarici İşlər Nazirliyindən (XİN) məsələ ilə bağlı şərh öyrənə bilməyib.

Daha əvvəl Ermənistan XİN yüksək vəzifəli keçmiş məmurları diplomatik pasportlarını qaytarmağa çağırıb.

"Arsenal" Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. İki komanda arasında ilk oyun oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bu görüşdə Henrix Mxitaryanın iştirak edib-etməyəcəyi bilinmir. O. Hazırda zədəlidi. Mxitaryan və Sokratis Papastatopulos “topçular”ın "Brentford Siti"yə qarşı Liqa Kubokunda keçirəcəyi növbəti oyunu buraxa bilər.

Avroliqanın ilk turunda Ukrayna “Vorskla”sı ilə görüşdə sağ ayağından zərbə alan Ermənistan yığmasının yarımmüdafiəçisinin yaşıl meydanlara qayıdış vaxtı bəlli deyil.

İngiltərə Premyer Liqasının VI tur matçını buraxan Mxitaryanın oktyabrın 4-də "Arsenal"ın Bakıda "Qarabağ"la keçirəcəyi Avropa Liqasının II tur matçında iştirakı sual altındadı.

Yunanıstanlı müdafiəçi isə “Everton”la oyunda dizindən zədələnib. Həm Mxitaryan, həm də Papastatopulosun durumu "Brentford"la matç ərəfəsində bir daha nəzərdən keçiriləcək. Daha əvvəl müdafiəçi Loran Koselninin "Qarabağ"la oyunda iştirak etməyəcəkləri açıqlanıb.

Henrix Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahı"sındadı. Çünki o, müxtəlif vaxtlarda qondarma "Dağlıq Qarabağ Respublikası"na səfər edib, separtçı rejimə maliyyə yapdımı göstərib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti