"Qarabağ" Avropa Liqasında daha da iddialı olmaq istəsə...

25 Sentyabr 2018 14:12 Avropa Liqası 615
"Qarabağ" Avropa Liqasında daha da iddialı olmaq istəsə...

«Qarabağ» Avropada növbəti ilinə Portuqaliyada - "Sportinq" qarşısında start verdi.

Əlbəttə, ötən illərin təcrübəsi komandanın, nəhayət, bu səviyyədə də öz sözünü deməyə başlayacağı ümidi ilə azarkeşləri, futbolsevərləri ekran başına, stadionlara toplayır.

Lakin hər dəfə «nəsə çatmır» ifadəsi ilə bir sonrakı ümidə bel bağlanılır. Hərçənd budəfəki oyunu ilə «Qarabağ» ikili hisslər oyatdı, ikili standartlara rəvac verdi: ümid qədər də ümidsizlik var.

İlk baxışda Azərbaycan çempionu meydanda layiqli rəqib kimi rəqibinə sinə gərdi. Hətta «birinci hissədə başabaş oynadı» da deyə bilərik.

Fəqət «komandanın oyununda perspektiv vardımı?», «bu oyunla səfərdən bir xal gətirmək mümkün idimi?», «belə oynasa, nəyəsə ümid varmı?» tipli suallara qətiyyən birmənalı cavab vermək olmur.

Matç göstərdi ki, «Qarabağ», zədə məcburiyyəti ilə format dəyişikliyinə rəğmən, daha fərqli oyun tərzi nümayiş etdirə bilərdi. İlk hissədə rəqibin yanlış taktiki seçimlə komandamızdan çəkinməyə başladığı, səhvlərə meyilli olduğu aydın sezilirdi.

Elə buna görə təmsilçimizin məşqçi korpusunun rəqibin ölkə çempionatındakı matçlarını daha yaxından təqib etməsini yazırdıq. Əgər izlənilsəydi, ən azı, ev sahibinin ən zəif nöqtəsi olan rəqib qapısının hədəfə alınması kimi məsələ optimal həllini tapardı.

Görüşü izləyənlər dəqiq deyə bilərlər ki, Ağdam klubu yalnız orta sahədən nəyəsə ümid edə, ya da rəqibin səhvlərindən bəhrələnə bilərdi. Rəqibin verdiyi fürsətlər fövtə verildi.

Əgər bu imkanlardan biri qola çevrilsəydi, yəqin ki, meydanda tam fərqli «Qarabağ», təbii ki, tam fərqli ev sahibi görərdik. Matç canlı keçməklə yanaşı, həm də Azərbaycan çempionunun da istər məğlubiyyətə, istərsə qələbəyə çox yaxın ola biləcəyini göstərərdi.

Rəqib qapısının hədəfə alınması variantları çox idi. Hətta orta xətdə daha yaxşı alınan oyunla bunu etmək mümkün idi. Doğrudur, cinahların yarıtmaz hazırlığı ümumi tempi və komandanın rahatlığını əlindən aldı.

Bunun səbəbi orta zona ilə həmahəng inkişaf etdirilməyən və bir-birinə dəstəksiz oyun idi. Bir şey mənimsənilməmişdi ki, belə bir vüsətli yaradıcı rəqiblə görüşdə cinahda sadə və birplanlı oyunla nəyəsə ümid etmək olmaz.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti