Ukrayna futbolunun canlı əfsanəsi, dünya futbol tarixinə imzasını qızıl hərflərlə atmış adam – Andrey Şevçenko Bakıya gəlməyi planlaşdırır.
Sportinfo.az xəbər verir ki, səfər Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Vorskla” oyunu çərçivəsində gerçəkləşə bilər.
Məsələ burasındadı ki, Şevçenko 2016-cı ildən Ukrayna milli komandasının baş məşqçisidir. Gənc mütəxəssis ölkəsinin komandalarının görüşlərini canlı izləməyi üstün tutub, futbolçularla bağlı qeydlərini götürür.
Şevçenko bir müddət öncə “Vorskla”nın “Arsenal”a qarşı matçda 2-4 hesablı məğlubiyyətini də canlı izləyib.
“Qarabağ” – “Vorskla” görüşləri ardıcıl keçiriləcək. 25 oktyabrda “Vorskla”, 8 noyabrda isə “Qarabağ” qonaq qismində mübarizə aparacaq.

