Bu ulduzların "Qarabağ"la oyuna yetişməyəcəyi gözlənilir

25 Sentyabr 2018 12:24 Avropa Liqası 462
Bu ulduzların "Qarabağ"la oyuna yetişməyəcəyi gözlənilir

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan "Arsenal"da itkilər var.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 6-cı turunda "Everton"la matçda zədələnən Sokratis Papastatopulosun oktyabrın 4-də "Qarabağ"la oyuna yetişməyəcəyi gözlənilir.

Yunanıstan millisinin üzvünün son durumu bu gün bəlli olacaq. Bosniya və Herseqovina millisinin müdafiəçisi Sead Kolaşinaç, fransalı stopper Loran Koselni və ingiltərəli cinah müdafiəçi Karl Cenkinson da "Qarabağ"a qarşı oynamayacaq.

Bundan əlavə, erməni yarımmüdafiəçi Henrix Mxitaryanın da yüngül zədəsi var. Lakin onun durumu ciddi deyil. Buna baxmayaraq, onun da Bakıya gələcəyi gözlənilmir.

Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti