Azərbaycan klubları Avropa Liqasından uzaqlaşdırılır?

25 Sentyabr 2018 10:12 Avropa Liqası 890
Azərbaycan klubları Avropa Liqasından uzaqlaşdırılır?

Avropa Liqasında komanda sayı 48-dən 32-yə endirilə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Avropa Klublar Assosiasiyasının (ECA) sədri Andrea Anyelli açıqlama verib.

"Yuventus"un prezidenti bildirib ki, hazırda bu istiqamətdə UEFA ilə birgə iş aparılır. Anyelli üçüncü avrokubok turnirinin təşkili üzrə işlərin davam etdiyini də diqqətə çatdırıb:

"Bu, klublar üçün çox yaxşı turnir olacaq. Onların avrokuboklara qatılma şansları daha da yüksələcək. Biz bu fantastik idman növündə daha böyük balansın olmasını istəyirik.

Çünki futbol dünyada ən gözəl idman növü olaraq qalır. Uşaqlarımıza necə futbolu miras qoyacağımız üzərində düşünməliyik. 1970 - 1980-ci illərdə Çempionlar Kubokunu "Ayaks" və "Benfika" kimi klublar qazanırdılar.

Hazırda onları böyk iqtisadi bərabərsizliyə görə İspaniya, İngiltərə və Almaniya klubları arasında görmək çətindi.

Futbol son 10 ildə inanılmaz sürətlə böyüyüb. Ən önəmli amil isə televiziya hüquqlarından əldə edilən gəlirdir. Lakin futbolda gəlirlərin 1/3 hissəsi ən varlı 12 kluba gedir".

indiyədək Azərbaycanın 3 klubu - "Neftçi", "Qəbələ" və "Qarabağ" Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. "Qarabağ" hazırda qrupda çıxış edən yeganə komandadı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti