"Arsenal"ı "Qarabağ"dan öncə bu XƏBƏR SARSITDI!

24 Sentyabr 2018 15:48 Avropa Liqası 665
"Arsenal"ı "Qarabağ"dan öncə bu XƏBƏR SARSITDI!

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Arsenal” futbolçu itkisi ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, yunanıstanlı müdafiəçi Sokratis Papastatopulos “Everton”a 2:0 hesabı ilə qalib gəldikləri İngiltərə Premyer Liqasının VI tur matçında zədələnib.

Dizindən xəsarət alan 30 yaşlı oyunçu 39-cu dəqiqədə əvəzlənib. Onun yaşıl meydanlardan uzaq qalacağı vaxta bu gün keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək.

"Qarabağ" Avroliqada növbəti oyununu oktyabrın 4-də məhz “Arsenal”a qarşı keçirəcək. Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti