"Qarabağ"ın Avropa Liqasındakı rəqibi itki ilə üzləşdi

24 Sentyabr 2018 13:00 Avropa Liqası 429
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi itki ilə üzləşdi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Vorskla” futbolçu itkisi ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi Aleksandr Kobaxidze "Zarya" ilə Ukrayna Premyer Liqasının IX tur matçında zədələnib.

Görüşün 43-cü dəqiqəsində 31 yaşlı oyunçunun çiyni çıxıb. Onun yaşıl meydanlardan azı 2 həftə uzaq qalacağı gözlənilir.

"Qarabağ" "Vorskla" ilə ilk görüşünü oktyabrın 25-də Bakıda, cavab oyununu isə noyabrın 8-də Poltavada keçirəcək. “Vorskla” ”Zarya”nı 2:1 hesabı ilə məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti