"Qola kimi rəqib bizimlə başabaş mübarizə apardı.
"Qarabağ" yaxşı komandadı, topla oynamağı bacarır".
Sportinfo.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ı 2-0 hesabı ilə məğlub edən "Sportinq"in futbolçusu Brunu Fernandeş deyib.
24 yaşlı yarımmüdafiəçi ilk qoldan sonra işlərinin asanlaşdığını deyib: "İlk qoldan sonra bir az rahatlaşdıq. Hər zaman ilk oyunlar ağır olur.
Qələbədən razıyıq. Qrupda bütün oyunlara qələbə üçün çıxacağıq. Yaxşı komandamız var. Hədəflərimizə çata bilərik".

