"Qarabağ" AL-in ən intizamsız komandaları sırasında 4-cü yerdədi

22 Sentyabr 2018 19:48 Avropa Liqası 536
"Qarabağ" AL-in ən intizamsız komandaları sırasında 4-cü yerdədi

Avropa Liqasında qrup mərhələsinin ilk turundan sonra statistik göstəricilər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Portuqaliyada "Sportinq"ə uduzan (0:2) "Qarabağ" əksər göstəricilərdə aşağı sıralarda qərarlaşıb.

Turnirdəki yeganə təmsilçimiz qayda pozuntularının sayına görə isə xüsusilə "fərqlənib". "Süvarilər" AL-in ən intizamsız komandaları sırasında 4-cü yerdə qərarlaşıb.

18 dəfə qayda pozuntusuna yol verən "Qarabağ" yalnız "Spartak" (Trnava, Slovakiya), "Rapid" (Vyana, Avstriya) və "Düdelanj"dan (Lüksemburq) daha yaxşı nəticə göstərib.

Komandanın hücumçusu İnnosent Emeqara da ən çox kobudluq edən futbolçular sırasına düşüb.

5 dəfə qaydalardan kənar oynayan isveçrəli Rəşad Məhəmməd ("Sarpsborq"), Viktor Klasson ("Krasnodar"), Dame Ndoye ("Kopenhagen") ilə birgə 2-5-ci sıraları bölüşüb.

"Sarpsborq"un futbolçusu Kristofer Zakariassen 6 qayda pozuntusu ilə bu göstəricidə "lider" olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti