"Arsenal"ın ulduzlarını Bakıda görmək istəyənlər çoxdu

22 Sentyabr 2018 19:36 Avropa Liqası 696
"Arsenal"ın ulduzlarını Bakıda görmək istəyənlər çoxdu

Avropa Liqasının 2-ci turunda keçiriləcək “Qarabağ” - “Arsenal” oyununa bilet satışı davam edir.

Sportinfo.az klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, artıq oyuna 10 min bilet satılıb.

Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manat arasında dəyişir. Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçı oktyabrın 4-də, saat 20:55-də başlayacaq.

“Qarabağ” Avropa Liqasının ilk turunda keçirdiyi oyunda səfərdə “Sportinq”ə 0:2 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM