Milyoner "Fənərbağça"ya baxaq, kasıb "Qarabağ"la təsəlli tapaq!

21 Sentyabr 2018 19:48 Avropa Liqası 884
Milyoner "Fənərbağça"ya baxaq, kasıb "Qarabağ"la təsəlli tapaq!

Bu da son!

Nə yazıq ki, «Qarabağ»ın hücüm xətti istənilən səviyyədə çıxış edə bilmədi.

İnnosent Emeqaranın gücü 60 dəqiqəyə çatdı, Mahir Mədətovla Abdulla Zubir meydanda yox kimi idi. Filip Ozobiç da böyük ölçüdə «Qarabağ» səviyyəsində oyunçu deyil.

Arazın hazırlığı, fiziki durumu yerində deyil. Delarj isə deyəsən, ilin sonuna kimi elə Qurban Qurbanovun yanında əyləşməli olacaq.

«Qarabağ»ın ən böyük səhvi yay transfer dönəmində səviyyəli bir hücümçu ala bilməmələridi. Komanda qəti olaraq pis təsir bağışlamadı.

«Qarabağ» böyük Avropa təcrübəsinə malikdi, oyun planına görə artıq tanınır. Sadəcə olaraq, Reynaldo, Ndlovu, Pedro səviyyəsində ön xəttdə bir lider yoxdu ki, çətin anda oyunu üzərinə götürsün.

Yenə də, gördüklərimiz faciə-falan deyil. Millyonları xərcləyən «Fənərbağça» gedib Zaqrebdə 4 qol buraxır. «Qarabağ» «Dinamo»ya 1:4 hesabı ilə uduzsa, reaksiyaları təsəvvür etmək belə çətindi.

«Sportinq» çox da üstün futbol göstərmədi. Bir epizodda Nanı qolu heç nədən yaratdı, o birisində isə vaxtilə güvəndiyimiz Bədavi növbəti səhvə yol verdi.

Bu qrupdan çıxmaq müşkül məsələ olsa da, «Sportinq»dən Bakıda azı 1 xal almaq olar. «Vorskla»nın isə heç avrokuboklar təcrübəsi yoxdur, bu komanda ilə oyunlarda 4 xal almaq real görünür.

İlk hissə ümid verdi - Emeqara bir az cəld tərpənsəydi...

Əslində, Emeqara (təəscüblü olsa belə) yaxşı təsir bağışlayır. Topsuz daim hərəkətdədi, sərt mübarizələrdən də çəkinmir.

İlk hissənin adamı isə Geryedi. Haitili müdafiəçi müdafiədə də, topla olanda çox inamlı görünürdü. "Mejdunoqa" isə söz ola bilməz!)

Mahir ilə Zubir daha fəal olmalıdı! Zubir sanki oyundan qopub, səhv dalınca səhv buraxır. Mahir da oyununu tapa bilmir, bunun nəticəsi olaraq da lazımsız bir kart aldı. Bir az da Ozobiç aqressiv oynasaydı…,

«Sportinq»ın oyunçuları sanki daim Bas Dostu axtarırdı, Hansı ki matçı bizimlə bərabər tribunadan izləyirdi.

Müdafiəçilər isə tez-tez boşluqlar buraxırdı. Yenə də Zubir ilə Mədətov inamlı oynasaydılar, «Sportinq»ın müdafiəsini yarmaq olardı.

Özü də hiss olunurdu ki, ev sahibləri qol buraxsa, tez panikaya düşəcəklər. Bir sözlə, uduzulası oyun deyildi!

ERKİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti